Bakı. Trend:
Özbəkistan Türkdilli Dövlətlər Təşkilatının üzv-dövlətləri arasında elektron sənəd mübadiləsinə keçid və malların daşınması zamanı elektron sənədlərin qarşılıqlı olaraq tanınması üzrə sazişin layihəsinin imzalanması məsələsini nəzərdən keçirməyi təklif edib.
Trend xəbər verir ki, bu haqda Özbəkistanın İqtisadiyyat və Maliyyə Nazirliyi nəzdində Dövlət Gömrük Komitəsinin sədri Akmalhoca Mavlonov Türkdilli Dövlətlər Təşkilatının gömrük xidməti rəhbərlərinin 10-cu iclası çərçivəsində çıxışı zamanı danışıb.
O, Özbəkistanın 5 noyabr 2024-cü il tarixində Asiya-Sakit Okean regionunda sənədsiz ticarət prosedurlarının sadələşdirilməsi üzrə çərçivə sazişinin rəsmi üzvünə çevrildiyini xatırladıb.
“Bu sazişdə məqsəd sənədlərin rəqəmsallaşdırılması və onların qarşılıqlı tanınmasıdır. Azərbaycan və Qırğızıstan da qeyd edilən çərçivə sazişinin iştirakçılarıdırlar. Bu istiqamətdə əməkdaşlığın daha da dərinləşdirilməsi məqsədilə, Türkdilli Dövlətlər Təşkilatının üzv-dövlətləri arasında malların daşınması zamanı elektron sənəd mübadiləsi və elektron sənədlərin qarşılıqlı tanınması üzrə saziş layihəsinin bağlanması məsələsini nəzərdən keçirməyi təklif edirik. Bu təşəbbüsün təsdiqlənəcəyi və görüşün prokotoluna daxil ediləcəyi təqdirdə, biz belə bir layihəni hazırlayıb baxılması üçün tərəflərə təqdim edəcəyik. Özbəkistan daimi dialoqa, aktiv fəaliyyətə hazırdır və uğurlu əməkdaşlıq üçün əlindən gələni əsirgəyəcək”,- deyə A.Mavlonov bildirib.