Bakı. Trend:
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Trend
xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat
yayıb.
Bildirilib ki, yanvarın 15-də polis əməkdaşları paytaxt və
respublikanın ayrı-ayrı rayonlarında 4 avtomat silahı, 14 tüfəng, 4
patron darağı və 133 ədəd müxtəlif çaplı patron aşkar edərək
götürüblər.