Bakı. Trend:
Uzun illər həsrət çəkdikdən sonra bu gün öz doğma ata-baba yurduma qayıdıram.
Bunu Trend-ə açıqlamasında Cəbrayıl sakini Əkrəm Allahverdiyev deyib.
Onun sözlərinə görə, 22 il orada yaşayıb və sonradan doğma yurdu tərk etmək məcburiyyətində qalıb.
“Bundan sonra doğma Cəbrayılda yaşayıb, işləmək istəyirəm.
Allah bizə bu günü bəxş edən şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin”, - deyə o qeyd edib.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 30 mindən çox insan yaşayır.