...

Azərbaycanda tranzit portalın yaradılması üzrə işlər yekunlaşıb

İqtisadiyyat Materials 16 Yanvar 2025 14:15 (UTC +04:00)
Azərbaycanda tranzit portalın yaradılması üzrə işlər yekunlaşıb
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Tranzit portalın yaradılması üzrə proses yekunlaşıb və onun gerçəkləşdirilməsi üçün “çərçivə sazişi” sənədi hazırlanıb.

Trend xəbər verir ki, bunu Azərbaycanın Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Türkdilli Dövlətlər Təşkilatının gömrük xidməti rəhbərlərinin sayca 10-cu iclasında etdiyi çıxışda bildirib.

“Tranzit portalın yaradılması məqsədilə şərtlər hazırlanıb və diplomatik kanallarla üzv dövlətlərə yönləndirilmiş hüquqi mexanizm tərtib olunub.

Qeyd etmək istərdim ki, tranzit portalın tərtibatı prosesində türk dövlətləri o cümlədən, gömrük xidmətlərinin nümayəndələri fəal şəkildə iştirak ediblər. Bu məsələdə Gömrük Xidmətinin bu prosesdəki rolunu xüsusi vurğulamaq istəyirəm. Azərbaycandan və digər ölkələrdən, o cümlədən, Qazaxıstan, Qırğızıstan və başqa dövlətlərdən olan mütəxəssislərin iştirakı sayəsində tranzit portalın tərtibatı prosesi yekunlaşıb.

Onun həyta keçirilməsi üçün “çərçivə sazişi” adını daşıyacaq sənəd yaradılacaq. Biz bu məsələyə xüsusi diqqət ayrılacağımıza və gələcəkdə tranzit portaldan türk dövlətləri arasında qarşılıqlı ticarətdə bir alət kimi istifadə edəcəyimizə ümid edirik”, - deyə o bildirib.

Ş.Bağırov qeyd edib ki, bu portal ölkələrimiz arasında yük daşınmalarının sadələşdirilməsinə, sürətləndirilməsinə və şəffaflığının artırılmasına vasitəçilik edəcək.

“Bu məqsədə çatmaq üçün gömrük sistemində islahatların aparılması vacib rol oynayır. Gömrük prosedurlarının sadələşdirilməsi, informasiya texnologiyalarının tətbiqi və proseslərin rəqəmsallaşdırılması yükdaşımalarının sürətini və effektivliyini artırır. Azərbaycanın gömrük orqanları fəaliyyətlərinin beynəlxalq standardlara uyğunlaşdırılması və müasir çözümlərin tətbiqi üzərində işləri davam etdirir.”,-deyə sədr bildirib.

Xəbər lenti

Xəbər lenti