Bakı. Trend:
Macarıstanın vergi və gömrük administrasiyasının nümayəndələr gələn il Bakıya səfər etməyi planlaşdırır.
Trend xəbər verir ki, bunu Macarıstanın Milli Vergi və Gömrük Administrasiyasının beynəlxalq münasibətlər şöbəsinin rəis müavini Juja Keçkeş Türkdilli Dövlətlər Təşkilatının gömrük xidməti rəhbərlərinin 10-cu iclasının gedişində etdiyi çıxışda bildirib.
“Biz Azərbaycanla əməkdaşlığımızı yüksək qiymətləndiririk və bu əməkdaşlığa gələcəkdə də dəstək olmaq, onu möhkəmləndirmək istərdik. Son illəri bu baxımdan məhsuldar dövr hesab edə bilərik.
Bizim nümayəndələr Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırovun dəvəti əsasında artıq bu ilin sonuna Bakıya səfər etməyi planlaşdırır”, - deyə o bildirib.