Bakı. Trend:
Türkdilli Dövlətlər Təşkilatının üzv dövlətləri arasında əməliyyatçıların statusunun qarşılıqlı tanınması üzrə çoxtərəfli sənəd hazırlamaq lazımdır.
Trend xəbər verir ki, bunu Özbəkistanın İqtisadiyyat və Maliyyə Nazirliyi nəzdində Dövlət Gömrük Komitəsinin sədri Akmalhoca Mavlonov Türkdilli Dövlətlər Təşkilatının gömrük xidməti rəhbərlərinin 10-cu iclasının gedişində etdiyi çıxışda bildirib.
Onun sözlərinə görə, GPS-möhürlər gələcəkdə fiziki müşayiətə əvəz olmalıdır.
“Biz yükdaşınmalarının sadələşdirilməsi üçün elektron möhürlərin tətbiq olunması təşəbbüsünü dəstəkləyirik. TDT ölkələrində bu sahədə olan optimal təcrübənin öyrənilməsi bizim üçün böyük maraq kəsb edir. Özbəkistanda səlahiyyətli iqtisadi əməliyyatçının statusunun verilməsi qaydası, reyestrə daxil edilmə tələbləri və onlar üçün nəzərdə tutulan güzəştlər qanuni yolla təsbit olunub”, – deyə A.Mavlonov bildirib.
Mavlonov ölkəsinin, səlahiyyətli iqtisadi əməliyyatçıların qarşılıqlı tanınması üzrə Çin, Rusiya və Belursla beynəlxalq müqavilələr bağladığını xatırladıb.
“Bununla əlaqədar biz milli proqramların, TDT ölkələrində səlahiyyətli iqtisadi əməliyyatçıların gələcək inkişafını dəstəkləyirik və TDT üzv dövlətləri arasında həmin əməliyyatçıların statusunun qarşılılıqlı şəkildə tanınmasına dair çoxtərəfli sənədin hazırlanmasını təklif edirik. Biz, həmçinin, bu istiqamətdə görüləcək işlərin əlaqələndirilməsi üçün işçi qrupun yaradılmasını məqsədəuyğun hesab edirik”, - deyə o bildirib.