...

BMT baş katibi COP29 üzrə götürülmüş maliyyə öhdəliklərinin icrasını sürətləndirməyə çağırıb

İqtisadiyyat Materials 16 Yanvar 2025 16:19 (UTC +04:00)
BMT baş katibi COP29 üzrə götürülmüş maliyyə öhdəliklərinin icrasını sürətləndirməyə çağırıb
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı.Trend:

COP29-un iqlim maliyyəsi üzrə sazişi tam həcmdə həyata keçirilməlidir.

Trend xəbər verir ki, bunu BMT-nin baş katibi Antoniu Quterriş BMT Baş Assambleyasında etdiyi çıxışda söyləyib.

“BMT ədalətli enerji keçidlərinə dəstək səylərinə vasitəçilik edəcək. Biz karbon tullantılarına qiymət qoyulması sisteminin tətbiqi və fosil yanacağa qoyulan subsidiyaların azaldılması istiqamətində işlər aparacağıq. Bundan başqa, biz COP29 və COP30 sədrliklərinin illik 1,3 trilyon dollar cəlb etməklə bağlı etibarlı yol xəritəsinin hazırlanması üzrə səylərinə göstərk göstərəcəyik.

Yeni və innovativ maliyyə mənbələri tətbiq etmək, o cümlədən (ətraf-mühitə) vurduqları ziyana görə təbiəti çirkləndirənləri məsuliyyətə cəlb etmək vaxtıdır. İnkişaf etmiş ölkələr verdikləri sözün üstündə durub, artıq bu ildən etibarən adaptasiyanın maliyyələşdirilməsini azı iki dəfə - ilə 40 milyar dollara qədər artırmalıdırlar”, - deyə Quterreş bildirib.

Xatırladaq ki, Azərbaycan COP29 sədri olaraq, konfransın yekununda 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə 1,3 trilyon ABŞ dolları həcmində iqlim maliyyəsi barədə tərəflər arasında razılaşmanın əldə olunduğunu elan edib. BMT iqlim sammitinin prioritetlərini əks etdirən bu vacib addım, öncəki 100 milyard dollarlıq hədəfi əhəmiyyətli dərəcədə üstələyir və iqlim dəyişikliyinə qarşı mübarizədə qlobal investisiyaların yeni erasına yol açır.

Xəbər lenti

Xəbər lenti