...

35/04 kvt-luq müasir şəbəkə modeli yaşıl texnologiyalar üzərində qurulub və enerji itkisi çox aşağı səviyyədədir- Araz Məmmədzadə

Cəmiyyət Materials 16 Yanvar 2025 16:05 (UTC +04:00)
35/04 kvt-luq müasir şəbəkə modeli yaşıl texnologiyalar üzərində qurulub və enerji itkisi çox aşağı səviyyədədir- Araz Məmmədzadə
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Hadrut. Trend:

Hazırda bir çox ölkələr "Azərişıq" ASC ilə əməkdaşlığa maraq göstərir.

Trend xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında qurumun Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə bildirib.

Onun sözlərinə görə, Bakıda keçirilən COP29 tədbirindən sonra Çinin bir çox şirkətləri "Azərişıq"la əməkdaşlıq edir:

"Həmçinin Asiya və Afrika ölkələri bizimlə əməkdaşlıq etməkdə maraqlıdırlar. Bu mövzu bizim üçün də aktualdır. Artıq bu ölkələrin nümayəndələri ilə görüşlərimiz olub. Onlar üçün maraqlı olan "Azərişıq" ASC-nin bir neçə beynəlxalq platformada uğurla təqdim etdiyi 35/04 kvt-luq müasir şəbəkə modelidir".

O qeyd edib ki, bu şəbəkə modeli sırf yaşıl texnologiyalar üzərində qurulub və burada enerji itkisi çox aşağı səviyyədədir:

"Bu texnologiya beynəlxalq standartlara cavab verir və enerji effektivliyi və enerjinin fasiləsiz təmin edilməsi yüksək səviyyədədir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti