...

Azərbaycanın pərakəndə ticarət dövriyyəsi 4%-ə yaxın artıb

İqtisadiyyat Materials 16 Yanvar 2025 12:34 (UTC +04:00)
Azərbaycanın pərakəndə ticarət dövriyyəsi 4%-ə yaxın artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il pərakəndə ticarət şəbəkəsində istehlakçılara 62,2 milyard manatlıq, o cümlədən, 34,1 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 28,1 milyard manatlıq qeyri-ərzaq malları satılıb.

Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata əsasən, 2023-cü illə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,9 faiz, o cümlədən, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,1 faiz, qeyri-ərzaq malları üzrə 6,3 faiz artıb.

Hesabat dövründə əmtəə bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunub:

Məhsul qruplarının adları

Satışdan gəlir,

milyon manat

2023-cü ilə nisbətən, faizlə

Məhsul qrupları üzrə ticarət dövriyyəsinin yekunda xüsusi çəkisi, faizlə

Pərakəndə ticarət dövriyyəsi

62 202,9

103,9

100,0

o cümlədən:

ərzaq məhsulları

31 408,1

102,3

50,5

içkilər və tütün məmulatları

2 726,5

99,6

4,4

toxuculuq məhsulları, geyim və ayaqqabılar

9 048,4

105,8

14,5

elektrik malları və mebellər

3 018,3

107,1

4,8

kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları

727,4

111,8

1,2

əczaçılıq məhsulları və tibbi ləvazimatlar

1347,6

97,6

2,2

avtomobil benzini və dizel yanacağı

3423,1

106,8

5,5

digər qeyri-ərzaq malları

10 503,5

107,2

16,9

2024-cü ildə alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 50,5 faizi ərzaq məhsullarının, 4,4 faizi içkilər və tütün məmulatlarının, 14,5 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,5 faizi avtomobil benzini və dizel yanacağının, 4,8 faizi elektrik malları və mebellərin, 2,2 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,2 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,9 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Hesabat ilində qeyri-dövlət sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən satılmış malların dəyəri əvvəlki illə müqayisədə real ifadədə 3,9 faiz artaraq, ümumi pərakəndə ticarət dövriyyəsinin 99,7 faizini təşkil edib.

2023-cü illə müqayisədə 2024-cü ildə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 8,6 faiz, fərdi sahibkarlar üzrə 1,8 faiz, bazar və yarmarkalarda isə 3,4 faiz artıb.

Hesabat ilində pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 508,0 manatlıq, o cümlədən, 278,8 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 229,2 manatlıq qeyri-ərzaq malları alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti