...

Təşkilati-hüquqi formasını dəyişən müəssisəyə yarım milyon manat ayrıldı

İqtisadiyyat Materials 16 Yanvar 2025 11:09 (UTC +04:00)
Təşkilati-hüquqi formasını dəyişən müəssisəyə yarım milyon manat ayrıldı
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

“Sutikinti” İdarəsi üçün bir sıra mal-materiallar satın alınacaq.

Trend xəbər verir ki, materialların satın alınması Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti tərəfindən həyata keçiriləcək.

Artıq qurum bununla bağlı işləri yekunlaşdırıb və materialları təhvil verəcək şirkəti seçib.

Belə ki, qurum sözügedən işlərin icrasını “Tatoğlu-Az Beton Konstruksiya” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və onunla dəyəri 461 min manat olan müqavilə bağlayıb.

Qeyd edək ki, bir müddət öncə “Sutikinti” müəssisəsi adını və təşkilati-hüquqi formasını dəyişdiyini elan etmişdi. Əlavə edək ki, müəssisə 2008-ci ildə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin “Sutikinti” müəssisəsi kimi dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 1 423 420 manat olan müəssisənin qanuni təmsilçisi isə İmanlı Orxan Yasəf oğludur.

Xatırladaq ki, 2023-cü ilin martında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin əsasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradılıb.

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti əmlakları ilə birlikdə Agentliyin tabeliyinə verilib.

Materialları quruma təhvil verəcək şirkət haqqında da bir sıra məlumatları diqqətinizə çatdıraq. Məlumata görə, “Tatoğlu-Az Beton Konstruksiya” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) 2014-cü ildə “Evrostroy Beton Konstruksiya” Məhdud Məsuliyyətli Cəmiyyəti kimi dövlət qeydiyyatına alınıb.Bir il sonra isə şirkət rebrendinq edərək indiki adını alıb. Nizamnamə kapitalı 1000 manat olan MMC-nin qanuni təmsilçisi isə Abdulhəmidov Ayaz Abdulhəmid oğludur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti