...

Azərbaycanda "yaşıl enerji" istehsalı iki dəfəyə yaxın artıb

Energetika Materials 16 Yanvar 2025 11:28 (UTC +04:00)
Azərbaycanda "yaşıl enerji" istehsalı iki dəfəyə yaxın artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il ərzində yaşıl enerji mənbələri üzrə elektrik enerjisi istehsalı 2023-cü ilə nisbətən 1 728,7 mln. kVt·st artaraq, 3 850,9 mln. kVt·st təşkil edib.

Bu barədə Trend-ə Energetika Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, 12 ay ərzində elektrik enerjisi istehsalı İES-lərdə 24 543,2 mln. kVt·st, SES-lərdə 3 011,0 mln. kVt·st, digər mənbələr üzrə isə 839,9 mln. kVt·st təşkil edib.

Bu dövrdə külək elektrik stansiyalarında 51,1 mln. kVt·st, günəş elektrik stansiyalarında 556,3 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 232,5 mln. kVt·st elektrik enerjisi istehsal edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti