Bakı. Trend:
Sakit okeanda Solomon adalarının sularında güclü zəlzələ baş verib.
Trend xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb
Bildirilib ki, yeraltı təkanların maqnitudası Rixter cədvəli ilə 5.7 bal olub.
Zəlzələnin episentrinin Vanikoro adasından 10 kilometr cənubda sahil sularında olduğu deyilir.
Bölgədə dağıntılar və zərərçəkənlərin olması barədə məlumat yoxdur.
Hələlik sunami xəbərdarlığı verilməyib.