...

Türk dövlətləri arasındakı əməkdaşlıq Orta dəhlizin inkişafına vacib töhfədir - Şahin Bağırov

İqtisadiyyat Materials 16 Yanvar 2025 12:20 (UTC +04:00)
Türk dövlətləri arasındakı əməkdaşlıq Orta dəhlizin inkişafına vacib töhfədir - Şahin Bağırov
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Türk dövlətləri arasındakı əməkdaşlıq Orta dəhlizin inkişafına vacib töhfədir.

Trend xəbər verir ki, bunu Azərbaycanın Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Türkdilli Dövlətlər Təşkilatının gömrük xidməti rəhbərlərinin sayca 10-cu iclasında etdiyi çıxışda bildirib.

O qeyd edib ki, Azərbaycanda nəqliyat infrastrukturunun müasirləşdirilməsi, tranzit potensialının artırılması və beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi üzrə kompleks tədbirlər həyata keçirilir.

“Ən vacib layihələrdən biri Orta Dəhlizdir. Son hadisələrin və dəyişən qlobal reallıqların fonunda Azərbaycandan keçən Orta Dəhliz təkcə bizim region üçün deyil, həm də qlobal ticarət və nəqliyyat sistemləri üçün əhəmiyyət kəsb edir. Daha dayanıqlı və daha etibarlı nəqliyyat marşrutlarının və tədarük zəncirlərinin axtarışı fonunda bu dəhlizin əhəmiyyəti artmaqdadır. Türk dövlətləri arasındakı əməkdaşlıq Orta Dəhlizin inkişafına vacib töhfədir”, - deyə Ş.Bağırov bildirib.

O qeyd edib ki, bu gün Orta Dəhlizlə daşınmaların həcmi əhəmiyyətli dərəcədə artıb və bu da öz növbəsində onun funksionallığını və ona tələbatın olmasını təsdiq edir.

“Türk dövlətləri arasındakı mövcud əməkdaşlıq və qarşılıqlı dəstək, dəhlizin gələcək inkişafı üçün möhkəm təməl salır. Xüsusilə qeyd etmək lazımdır ki, nəqliyyat və logistika sahəsində əməkdaşlıq region ölkələrinə qlobal ticarət marşrutlarında daha rəqabətədavamlı mövqe tutmalarına imkan verir.

15 mart 2023-cü ildə Transxəzər Beynəlxalq Dəhlizi çərçivəsində “vahid pəncərə” prinsipinin tətbiq olunması yolu ilə tranzit gömrük prosedurlarının sadələşdirilməsi üzrə çoxtərəfli görüş keçirilib. Həmin görüşün yekunlarına əsasən, Orta Dəhliz boyunca yerləşən ölkələr üçün tranzit portalın çoxtərəfli informasiya sisteminin yaradılması ilə bağlı qərar qəbul olunub”, - deyə Ş.Bağırov bildirib.

Xəbər lenti

Xəbər lenti