...

Azərbaycanın ən çox mal ixrac və idxal etdiyi ölkələr - SİYAHI

İqtisadiyyat Materials 16 Yanvar 2025 12:22 (UTC +04:00)
Azərbaycanın ən çox mal ixrac və idxal etdiyi ölkələr - SİYAHI
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 176 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 120 ölkəyə məhsul ixrac olunub, 167 ölkədən idxal olunub.

Bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verirlib.

Qeyd olunub ki, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2024-cü ilin yanvar-noyabr aylarında ölkənin xarici ticarət dövriyyəsi 42813,7 milyon ABŞ dolları təşkil edib.

Ticarət dövriyyəsinin 24042,0 milyon dollarını və ya 56,2 faizini ölkədən ixrac olunmuş məhsulların, 18771,7 milyon dollarını (43,8 faizini) isə idxal məhsullarının dəyəri təşkil edib, nəticədə 5270,3 milyon dollar məbləğində müsbət saldo yaranıb.

2023-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 1,1 faiz artıb, real ifadədə 3,1 faiz, o cümlədən ixrac 5,4 faiz azalmış, idxal isə 0,6 faiz artıb.

Məlumata əsasən, 2024-cü ilin yanvar-noyabr aylarında qeyri neft-qaz məhsullarının ixracı 3090,6 milyon dollar təşkil edib və 2023-cü ilin yanvar-noyabr aylarına nisbətən faktiki qiymətlərlə 1,9 faiz artıb, real ifadədə isə 11,0 faiz azalıb.

Bildirilib ki, Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən ölkənin xarici ticarət dövriyyəsinin 23,9 faizi İtaliya, 13,0 faizi Türkiyə, 10,2 faizi Rusiya, 7,9 faizi Çin, 3,5 faizi ABŞ, 3,3 faizi Almaniya, 2,8 faizi Avstraliya, 2,4 faizi Çexiya, 2,2 faizi Hindistan, 2,0 faizi Xorvatiya, 1,8 faizi İsrail, 1,7 faizi Gürcüstan, hər biri 1,5 faiz olmaqla Bolqarıstan, Portuqaliya və Birləşmiş Krallıq, 1,4 faizi İran, 1,3 faizi Yunanıstan, hər biri 1,1 faiz olmaqla Rumıniya və Belarus, hər biri 1,0 faiz olmaqla İsveçrə, Qazaxıstan və Ukrayna, 12,9 faizi isə digər ölkələr ilə aparılmış ticarət əməliyyatlarının payına düşüb.

İxracın 40,4 faizini İtaliyaya, 14,4 faizini Türkiyəyə, 4,5 faizini Rusiyaya, 4,0 faizini Çexiyaya, 3,6 faizini Xorvatiyaya, hər biri 3,0 faiz olmaqla Hindistan və İsrailə, 2,8 faizini Almaniyaya, 2,6 faizini Portuqaliyaya, hər biri 2,5 faiz olmaqla Bolqarıstan və Gürcüstana, 2,1 faizini Yunanıstana, 1,7 faizini Rumıniyaya, 1,6 faizini Birləşmiş Krallığa, 1,1 faizini Tunisə, 1,0 faizini Tailanda, 0,8 faizini İsveçrəyə, hər biri 0,7 faiz olmaqla İndoneziya, Serbiya, İspaniya və Ukraynaya, 5,6 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.

Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (34,6 faiz), Türkiyəyə (16,4 faiz), Gürcüstana (8,2 faiz), İsveçrəyə (6,3 faiz), ABŞ-a (4,2 faiz), Qazaxıstana (3,8 faiz), Ukraynaya (3,4 faiz), Türkmənistana (2,4 faiz), Omana (2,1 faiz), Birləşmiş Ərəb Əmirliklərinə (1,6 faiz), Almaniyaya (1,5 faiz), Belarusa (1,4 faiz), İtaliyaya (1,3 faiz), Niderlanda (1,3 faiz), Özbəkistana (1,2 faiz), Rumıniyaya (1,1 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib.

Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 18,0 faizi Çin, 17,6 faizi Rusiya, 11,2 faizi Türkiyə, 7,3 faizi ABŞ, 6,4 faizi Avstraliya, 4,0 faizi Almaniya, 3,0 faizi İran, 2,5 faizi İtaliya, 2,2 faizi Belarus, 2,0 faizi Yaponiya, 1,9 faizi Koreya, 1,6 faizi Qazaxıstan, 1,5 faizi Türkmənistan, 1,4 faizi Ukrayna, 1,3 faizi Birləşmiş Krallıq, 1,2 faizi İsveçrə, hər biri 1,1 faiz olmaqla Fransa və Hindistan, 1,0 faizi Özbəkistan, hər biri 0,9 faiz olmaqla Braziliya və Kanada, 11,9 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.

2024-cü ilin yanvar-noyabr aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə tərəvəz ixracı 1,9 faiz, şəkər – 62,3 faiz, tütün – 3,1 dəfə, meyvə və tərəvəz konservləri – 14,3 faiz, bitki yağları – 72,1 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 63,0 faiz, çay – 4,5 faiz, pambıq lifi – 81,7 faiz, mineral gübrələr – 68,6 faiz, pambıq ipliyi – 0,8 faiz, bentonit gili – 34,3 faiz artmış, təzə meyvə ixracı isə 2,0 faiz, kartof – 32,0 faiz, meyvə və tərəvəz şirələri – 6,9 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 41,9 faiz, polipropilen – 24,0 faiz, polietilen – 18,3 faiz, elektrik enerjisi – 55,5 faiz, emal olunmamış alüminium – 16,6 faiz, sement klinkerləri – 2,3 faiz, qara metallardan çubuqlar – 4,1 faiz, qara metallardan borular – 8,9 faiz azalıb.

2023-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə 2024-cü ilin yanvar-noyabr aylarında buğda idxalı 2,0 faiz, təzə meyvə – 23,6 faiz, kərə yağı, digər süd yağları və pastaları – 77,0 faiz, bitki yağları – 15,3 faiz, xam şəkər – 4,2 faiz, unlu qənnadı məmulatları – 11,0 faiz, şokolad və şokolad məhsulları – 10,7 faiz, çay – 3,3 faiz, quş əti və onun əlavə məhsulları – 39,6 faiz, mal əti – 55,3 faiz, təzə tərəvəz – 58,4 faiz, hesablama maşınları, blok və qurğuları – 23,4 faiz, yük avtomobilləri – 18,3 faiz, mebellər – 40,5 faiz, sintetik yuyucu vasitələr – 9,3 faiz, qara metallardan çubuqlar – 66,4 faiz, məişət kondisionerləri – 44,1 faiz, mineral gübrələr – 18,7 faiz, avtobuslar – 3,3 dəfə, paltaryuyan maşınlar – 2,1 faiz, polipropilen – 22,8 faiz, sement – 0,3 faiz artmış, kartof idxalı isə 19,9 faiz, siqaretlər – 75,3 faiz, minik avtomobilləri – 9,1 faiz, dərman vasitələri – 25,8 faiz, polad prokatı – 6,5 faiz, qara metallardan borular – 10,3 faiz, rezin şinlər – 5,8 faiz, polietilen – 12,9 faiz, qara metallardan künclüklər – 13,0 faiz, məişət soyuducuları – 4,2 faiz azalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti