Bakı. Trend:
Biz bu günümüzü Cəbrayıla qayıdışımızı ilk növbədə şəhidlərimizə borcluyuq.
Bunu Trend-ə açıqlamasında Cəbrayıl sakini Şərqiyyə Abbasova deyib.
Onun sözlərinə görə, biz bu günümüzü Prezidentimiz başda olmaqla dövlətimizə, ordumuza, qazilərimizə borcluyuq.
"Biz hamımız birləşərək bir olduq və torpaqlarımızı düşməndən azad etdik. Allah şükür olsun ki, biz bugünkü günü görürük. Bizim bugünkü günlərimiz tarixə qızıl hərflərlə yazılır.
Allah şəhidlərimizə dönə-dönə rəhmət eləsin, onların valideynlərinə səbr, təmkin versin", - deyə o bildirib.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 30 mindən çox insan yaşayır.