Bakı. Trend:
Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.
Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, son 10 gün ərzində keçirilən tədbirlər nəticəsində rayon sakinlərindən 37 ədəd ov tüfəngi təhvil götürülüb.
Bu istiqamətdə tədbirlər davam etdirilir.