...

Azərbaycanın AQEM-ə sədrliyi çərçivəsində nəqliyyat və İKT sahəsində görüləcək işlər müzakirə edildi

Cəmiyyət Materials 16 Yanvar 2025 14:41 (UTC +04:00)
Azərbaycanın AQEM-ə sədrliyi çərçivəsində nəqliyyat və İKT sahəsində görüləcək işlər müzakirə edildi
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ölkəmizdə səfərdə olan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin baş katibi Kayrat Sarıbay ilə görüşüb.

Trend xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüşdə Azərbaycanın təşkilata sədrliyi çərçivəsində nəqliyyat və İKT sahəsində görüləcək işlər müzakirə edilib.

Müvafiq tədbirlərin keçirilməsi və layihələrin icrası ilə bağlı əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti