...

Azərbaycan yaxın zamanda “JF-17 Thunder” qırıcılarının ilk partiyasını alacaq

Siyasət Materials 25 Fevral 2025 15:11 (UTC +04:00)
Azərbaycan yaxın zamanda “JF-17 Thunder” qırıcılarının ilk partiyasını alacaq
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan yaxın gələcəkdə Pakistanın “JF-17 Thunder” qırıcılarının ilk partiyasını qəbul edəcək.

Trend xəbər verir ki, bunu Pakistanın İnformasiya Naziri Atta Tərar yerli KİV-ə müsahibədə bildirib.

"Azərbaycan yaxın gələcəkdə Pakistandan “JF-17 Thunder" qırıcılarının ilk partiyasını qəbul edəcək. Bundan əlavə, gələcəkdə onların birgə istehsalı da mümkündür”, - A.Tərar qeyd edib.

Pakistanlı nazir həmçinin bildirib ki, Azərbaycan Pakistanla müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsinə böyük maraq göstərib və ölkəyə 2 milyard dollar həcmində investisiya qoymağı planlaşdırır.

Qeyd edək ki, “JF-17 Thunder” Pakistan və Çin tərəfindən birgə hazırlanan yüngül, çoxtəyinatlı reaktiv döyüş təyyarəsidir. Təyyarə təkmühərrikli quruluşa və hava-hava və hava-yer döyüş qabiliyyətinə, eləcə də orta və aşağı hündürlüklərdə yüksək döyüş manevrinə malikdir, effektiv atəş gücünə görə seçilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti