Bakı. Trend:
Bu gün xalqımıza qarşı törədilən ən qanlı cinayətlərdən biri olan Xocalı soyqırımının 33-cu ildönümüdür.
Trend xəbər verir ki, fevralın 26-da bu qanlı faciənin ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov və Agentliyin kollektivinin üzvləri Bakı şəhərindəki "Ana harayı" abidəsini ziyarət edib, abidənin önünə güllər düzüb və faciə qurbanlarının xatirəsini ehtiramla yad ediblər.