...

Azərbaycan, Türkiyə və Gürcüstan XİN rəhbərlərinin növbəti görüşünün yeri məlum oldu

Siyasət Materials 26 Fevral 2025 22:07 (UTC +04:00)
Azərbaycan, Türkiyə və Gürcüstan XİN rəhbərlərinin növbəti görüşünün yeri məlum oldu
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin görüşü Türkiyədə keçiriləcək.

Trend Gürcüstan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Türkiyə xarici işlər naziri Hakan Fidan ilə görüşdə bildirib.

Nazirlikdən bildirilib ki, görüş zamanı Azərbaycan-Gürcüstan-Türkiyə Üçtərəfli Strateji Tərəfdaşlıq Platformasının əhəmiyyəti xüsusi vurğulanıb.

“Orta Dəhliz” konsepsiyası nəzərə alınmaqla Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu, "Cənub Qaz Dəhlizi" layihələrinin əhəmiyyəti vurğulanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti