Bakı. Trend:
Qvineya-Bisau Prezidenti Umaru Sisoku Embalo Prezident İlham Əliyevi ölkəsinə səfərə dəvət edib.
Trend xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Qvineya-Bisau Prezidenti Umaru Sisoku Embalo ilə mətbuata bəyanatında səsləndirib.
"Ümid edirəm ki, əziz qardaşım, Siz bir daha ölkəmizə gələcəksiniz. Həmçinin cənab Prezident məni öz ölkəsinə səfərə dəvət etdi. Məmnunluqla bunu edəcəyəm və biz öz məhsuldar dialoqumuzu davam etdirəcəyik", - deyə Prezident İlham Əliyev bildirib.