...

Milli Məclisin komitə sədri Sankt-Peterburqda MDB Parlamentlərarası Assambleyasının iclasında iştirak edəcək

Siyasət Materials 4 Mart 2025 15:39 (UTC +04:00)
Milli Məclisin komitə sədri Sankt-Peterburqda MDB Parlamentlərarası Assambleyasının iclasında iştirak edəcək
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov MDB Parlamentlərarası Assambleyasının İqtisadiyyat və maliyyə üzrə daimi komissiyasının iclasında iştirak etmək üçün martın 5-də Rusiyanın Sankt-Peterburq şəhərinə səfər edəcək.

Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, iclasda MDB iştirakçısı olan dövlətlər üçün model Vergi Məcəlləsinin xüsusi hissələrinin layihələri, həmçinin “Strateji planlaşdırma haqqında”, “Standartlaşdırma haqqında”, “Lisenziyalaşdırma haqqında” və digər model qanun layihələri üzərində işin gedişi barədə müzakirələr aparılacaq, bir sıra təşkilati məsələlərə baxılacaq.

Səfər martın 7-də başa çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti