...

Nizami Səfərov neokolonializmin müasir təzahürləri ilə mübarizəyə dair iclasda iştirak edib (FOTO)

Siyasət Materials 6 Mart 2025 17:49 (UTC +04:00)
Nizami Səfərov neokolonializmin müasir təzahürləri ilə mübarizəyə dair iclasda iştirak edib (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Martın 6-da Milli Məclisin deputatı Nizami Səfərov “Neokolonializmin müasir təzahürləri ilə mübarizə tərəfdarları Forumu”nun Daimi Komitəsinin üzvü qismində qurumun nəzdində yaradılmış Ekspertlər Şurasının iclasında onlayn formatda iştirak edib.

Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, iclasda neokolonializm təzahürlərinin əsarətdən azad olmuş dövlətlərin sosial-iqtisadi inkişafına neqativ təsirləri və onlarla mübarizə mövzusunda müzakirələr aparılıb.

Onlayn iclasda çıxış edən Nizami Səfərov bildirib ki, müasir şəraitdə kolonializm sisteminin süqutundan yarım əsrdən çox vaxt keçsə də, qlobal beynəlxalq gündəmdə iqtisadi bərabərsizlik və post-müstəmləkə dövlətlərinin azad sosial-iqtisadi inkişaf hüquqlarının məhdudlaşdırılması ilə mübarizə problemləri mühüm yeri tutur.

Deputat diqqətə çatdırıb ki, bu istiqamətdə dövlətlər yeni çağırışlarla və təhdidlərlə mübarizədə səylərini birləşdirməlidirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti