...

Azərbaycan XİN Qırğızıstan-Tacikistan sərhədinin delimitasiyası ilə bağlı sazişin imzalanmasını alqışlayıb

Siyasət Materials 15 Mart 2025 10:46 (UTC +04:00)
Azərbaycan XİN Qırğızıstan-Tacikistan sərhədinin delimitasiyası ilə bağlı sazişin imzalanmasını alqışlayıb
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikası Qırğızıstan Respublikası ilə Tacikistan Respublikası arasında sərhədin delimitasiyası və demarkasiyası haqqında sazişin imzalanmasını alqışlayır.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkəsindəki paylaşımda deyilir.

"Bu tarixi saziş Qırğızıstan-Tacikistan arasında dostluq əlaqələrini, Mərkəzi Asiyanın sabitliyini və çiçəklənməsini daha da gücləndirəcək mühüm addımdır. Bu mühüm nailiyyət münasibətilə hər iki qardaş ölkəni ürəkdən təbrik edirik", - paylaşımda bildirilib.

Xəbər yenilənəcək

Məqalədə:
Xəbər lenti

Xəbər lenti