...

Andrey Yatskin 13-cü Rusiya - Azərbaycan regionlararası forumu barədə danışıb

Siyasət Materials 17 Mart 2025 15:57 (UTC +04:00)
Andrey Yatskin 13-cü Rusiya - Azərbaycan regionlararası forumu barədə danışıb
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

13-cü Rusiya-Azərbaycan Regionlararası Forumunu keçirmək məqsədəuyğun olardı.

Trend xəbər verir ki, bunu Rusiya Federasiyasının Federal Məclisinin Federasiya Şurası sədrinin birinci müavini Andrey Yatskin Rusiya və Azərbaycan arasında parlamentlərarası komissiyanın 22-ci iclasının açılış mərasimində deyib.

O qeyd edib ki,12-ci Rusiya-Azərbaycan Regionlararası Forumu ötən ilin fevral ayında keçirilib və parlamentarilərin də iştirak edəcəyi 13-cü regional forumu keçirmək məqsədəuyğun olardı.

Onun sözlərinə görə, Azərbaycan və Rusiyanın parlamentlərarası əməkdaşlıq üzrə yol xəritəsi var və artıq o sənəd əsasında bir sıra təbdirlər görülüb. Hal-hazırda gündəmdə yeni addımlar durmaqdadır.

Yatskin həmçinin Azərbaycan tərəfinin 22-23 may 2025 tarixlərində keçiriləcək Nevski Beynəlxalq Ekoloji Konqresində iştirak etməyə dəvət olunduğunu diqqətə çatdırıb.

“Forum çərçivəsində meqapolislərdə ekologiyaya həsr olunmuş sessiyada Bakı şəhər (icra) başçsınının iştirakı aktual olardı”, - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti