...

Ziroatxon Mirziyoyeva Birinci vitse-prezident Mehriban Əliyevanı Ramazan bayramı münasibətilə təbrik edib

Siyasət Materials 29 Mart 2025 17:53 (UTC +04:00)
Ziroatxon Mirziyoyeva Birinci vitse-prezident Mehriban Əliyevanı Ramazan bayramı münasibətilə təbrik edib
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend

Özbəkistan Respublikasının Birinci xanımı Ziroatxon Mirziyoyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya Ramazan bayramı münasibətilə təbrik məktubu ünvanlayıb.

Trend xəbər verir ki, məktubda deyilir:

"Möhtərəm xanım, Zati-aliləri.

Bütün müsəlman ümmətinin böyük sevinc və şadlıqla qarşıladığı mübarək Ramazan bayramı münasibətilə Sizi səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı və dərin ehtiramımı çatdırmaqdan böyük məmnunluq duyuram.

Uca Allah bütün dualarınızı, arzularınızı, ehsanlarınızı və xeyirxah əməllərinizi qəbul etsin, qardaş xalqlarımız arasındakı əzəli dostluq və mehribanlıq telləri daha da möhkəmlənsin.

Möhtərəm xanım, Zati-aliləri, qəlblərimizin mübarək Ramazan ayının nur və bərəkətindən işıqlandığı bu əlamətdar bayram günündə Sizə möhkəm cansağlığı, ailə səadəti, ocağınıza bərəkət və bolluq arzulayıram".

Xəbər lenti

Xəbər lenti