...

ADA Universitetinin 7-ci Siyasi Forumunun iştirakçıları Füzuliyə gəliblər (FOTO)

Siyasət Materials 8 Aprel 2025 08:56 (UTC +04:00)
ADA Universitetinin 7-ci Siyasi Forumunun iştirakçıları Füzuliyə gəliblər (FOTO)
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Füzuli. Trend:

ADA Universitetinin 7-ci Siyasi Forumunun iştirakçıları Füzuli şəhərinə gəliblər.

Trend-in məlumatına görə, beynəlxalq ekspertlərdən və beyin mərkəzlərin nümayəndələrindən ibarət nümayəndə heyətinin olduğu təyyarə Füzuli Beynəlxalq Hava Limanına enib.

Buradan qonaqlar tədbirdə iştirak etmək üçün Xankəndi şəhərinə yollanacaqlar.

Qeyd edək ki, aprelin 8-də Xankəndi şəhərində ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə “Yeni Dünya Nizamına Doğru” mövzusunda 7-ci ADA Siyasi Forumu keçiriləcək.

Forumda 44 ölkədən 80-dən çox beynəlxalq ekspert, beyin mərkəzlərinin nümayəndələri iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti