...

İran Azərbaycan ilə münasibətləri bütün sahələrdə inkişaf etdirməkdə maraqlıdır - Fərzanə Sadiq

Siyasət Materials 8 Aprel 2025 13:37 (UTC +04:00)
İran Azərbaycan ilə münasibətləri bütün sahələrdə inkişaf etdirməkdə maraqlıdır - Fərzanə Sadiq
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

İran Azərbaycan ilə münasibətləri bütün sahələrdə inkişaf etdirməkdə maraqlıdır.

Trend xəbər verir ki, bunu İran İslam Respublikasının yol və şəhərsalma naziri, Azərbaycan-İran İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyasının həmsədri Fərzanə Sadiq aprelin 8-də Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə görüşü zamanı deyib.

İranın ölkəmizlə münasibətləri bütün sahələrdə inkişaf etdirməkdə maraqlı olduğunu deyən Fərzanə Sadiqi xalqlarımızın tarixi, mədəni, dini və qohumluq əlaqələrinin olduğunu bir daha vurğuladı.

Qonaq qeyd etdi ki, İran Prezidentinin ölkəmizə planlaşdırılan səfəri öncəsi Hökumətlərarası Birgə Komissiyanın iclasının keçirilməsi gündəlikdə duran vacib məsələlərin müzakirəsi baxımından olduqca əhəmiyyətlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti