...

Forumda ATƏT-in Minsk Qrupunun ləğv edilməsinin əhəmiyyəti vurğulandı - Halil Korkmaz

Siyasət Materials 11 Aprel 2025 15:22 (UTC +04:00)
Forumda ATƏT-in Minsk Qrupunun ləğv edilməsinin əhəmiyyəti vurğulandı - Halil Korkmaz
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Antalya. Trend:

Forumda ATƏT-in Minsk Qrupunun ləğv edilməsinin əhəmiyyəti vurğulandı.

Trend xəbər verir ki, bunu AKP Mərkəzi Ofisinin xarici işlər üzrə sədr köməkçisi Halil Korkmaz Türkiyədə keçirilən 4-cü Antalya Diplomatiya Forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Azərbaycan millət vəkillərinin də iştirakı ilə reallaşan müzakirələrdə beynəlxalq diplomatiyada parlament diplomatiyasının önəmi barədə fikirlər səsləndirildi.

“Çox gözəl bir tədbir baş tutdu. Burada da əsas mövzu - illərdir, əsarətdə qalan, Ermənistan tərəfindən işğal edilmiş torpaqların azad edilməsi məsələsi ilə bağlı vacib dəyərləndirmələr oldu. Türkiyə bu foruma ev sahibliyi etməklə yanaşı, vicdanın səsi olduğunu da göstərdi.

Antalya Diplomatiya Forumu da bu vicdana sahib topluluqların, beynəlxalq diplomatiya iştirakçılarının öz töhfələrini verdiyi bir tədbirdir. Çöxqütblü dünya diplomatiyasında sülh təşəbbüslərinin irəli sürülməsinin müzakirə edilməsi çox vacibdir. Cənubi Qafqazdakı proseslərlə bağlı ATƏT-in Minsk Qrupunun artıq ləğv edilməsinin əhəmiyyəti vurğulandı. Biz də buna qatılırıq”, - deyə Halil Korkmaz qeyd edib.

Xəbər lenti

Xəbər lenti