...

Azərbaycanla Gürcüstan arasında zəngin tarixi münasibətlər var - Deputat

Siyasət Materials 17 Aprel 2025 15:35 (UTC +04:00)
Azərbaycanla Gürcüstan arasında zəngin tarixi münasibətlər var - Deputat
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanla Gürcüstan arasında zəngin tarixi münasibətlər var. Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin Azərbaycana rəsmi səfəri iki dost ölkə arasında əlaqələrin bundan sonra da dinamik inkişafına mühüm töhfə verəcək.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

Onun sözlərinə görə, Azərbaycan və Gürcüstan arasında münasibətlər qədim tarixi köklərə və mehriban qonşuluq prinsiplərinə əsaslanır: “1992-ci ildə diplomatik əlaqələrin qurulmasından bəri bu münasibətlər siyasi, iqtisadi, müdafiə, humanitar və digər sahələrdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il noyabrın 18-də qurulub. 1996-cı ildə imzalanan “Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında Müqavilə” ilə strateji tərəfdaşlığın təməli qoyulub. Bu illər ərzində dövlət başçılarının və dövlət və hökumət rəsmilərinin qarşılıqlı səfərləri və yüksək səviyyəli görüşlər əməkdaşlığın möhkəmlənməsinə xidmət edib”.

Deputat bildirib ki, Azərbaycan və Gürcüstan arasında iqtisadi əməkdaşlıq xüsusilə enerji və nəqliyyat sahələrində mühüm əhəmiyyət kəsb edir: “Bakı-Tbilisi-Ceyhan neft kəməri və Cənub Qaz Dəhlizi kimi layihələr Avropanın enerji təhlükəsizliyinə töhfə verir. Həmçinin, Bakı-Tbilisi-Qars dəmir yolu Şərq və Qərb arasında səmərəli nəqliyyat bağlantısı yaradır” .

A.Həsənova qeyd edib ki, iki ölkənin parlamentləri arasında da səmərəli əməkdaşlıq mövcuddur: “Azərbaycan və Gürcüstan parlamentləri arasında əlaqələr son illərdə əhəmiyyətli dərəcədə inkişaf edib və bu əməkdaşlıq müxtəlif sahələri əhatə edir. 2025-ci ilin mart ayında Milli Məclisin sədri Sahibə Qafarovanın Gürcüstana rəsmi səfəri çərçivəsində Azərbaycan Milli Məclisi ilə Gürcüstan Parlamenti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Bu sənəd parlamentlərarası münasibətlərin daha da dərinləşməsinə və əməkdaşlığın genişlənməsinə töhfə verəcək. 2023-cü ilin sentyabrında Azərbaycan və Gürcüstan parlamentlərinin Mədəniyyət komitələri arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Bu sənəd mədəniyyət sahəsində təcrübə mübadiləsini və birgə təşəbbüsləri təşviq etməyi nəzərdə tutur. Eyni zamanda Hər iki ölkənin parlamentlərində fəaliyyət göstərən dostluq qrupları qanunverici orqanlar arasında körpü rolunu oynayır. Bu qruplar vasitəsilə qarşılıqlı səfərlər və təcrübə mübadiləsi həyata keçirilir​”.

Deputat əlavə edib ki, Azərbaycan və Gürcüstan BMT, ATƏT, GUAM kimi beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlıq edirlər: “Hər iki ölkə regional sabitlik və təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayır. İnanıram ki, iki ölkə arasında əlaqələr bundan sonra daha da inkişaf edəcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti