...

Nizami Səfərov beynəlxalq konfransda çıxış edib (FOTO)

Siyasət Materials 19 Aprel 2025 12:52 (UTC +04:00)
Nizami Səfərov beynəlxalq konfransda çıxış edib (FOTO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

17 aprel tarixində Sankt-Peterburq şəhərində Müstəqil Dövlətlər Birliyi və Birləşmiş Millətlər Təşkilatının Terrorçuluq Əleyhinə İdarəsinin təşkilatçılığı ilə “Süni intellektin terrorçuluq məqsədləri üçün istifadəsinin qarşısının alınması sahəsində hüquqi tənzimləmə” mövzusunda beynəlxalq konfrans keçirilib.

Trend xəbər verir ki, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov tədbirdə iştirak edib.

O, konfransda məruzə ilə çıxış edərək informasiya-kommunikasiya texnologiyalarının bəşəriyyətin qarşısında duran problemlərin həllində fundamental rolunu qeyd edib.

Deputat eyni zamanda süni intellektin terrorçuluq, çirkli pulların yuyulması, cinayət təbliğatı və sair qanunsuz məqsədlər üçün istifadə olunmasına diqqəti cəlb edib.

Nizami Səfərovun çıxışında müasir şəraitdə kiber-təhlükəsizliyin təmin olunması məsələsi xüsusi olaraq vurğulanıb və bu sahədə qanunvericiliyin təkmilləşdirilməsinin əhəmiyyətinə diqqət yönəldilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti