...

Əminə Ağazadə Sankt-Peterburqda model qanun layihələri ilə bağlı məruzə edib (FOTO/VİDEO)

Siyasət Materials 19 Aprel 2025 15:00 (UTC +04:00)
Əminə Ağazadə Sankt-Peterburqda model qanun layihələri ilə bağlı məruzə edib (FOTO/VİDEO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Aprelin 18-də Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfər çərçivəsində Müstəqil Dövlətlər Birliyinə üzv olan dövlətlərin Parlamentlərarası Assambleyasının Şura və 58-ci plenar iclaslarında iştirak edib.

Trend xəbər verir ki, iclaslarda ötən dövr ərzində assambleya çərçivəsində görülmüş işlər, həyata keçirilmiş tədbirlər, həmçinin digər təşkilati məsələlər nəzərdən keçirilib.

Parlamentlərarası Assambleyanın iclasında MDB Hüquq komissiyasının sədr müavini Əminə Ağazadə komissiya tərəfindən hazırlanan “Əmlakın mülkiyyətə verilməsi üçün müqavilələr haqqında”, “Dövlət kadastr qiymətləndirilməsi haqqında” və “Açıq müsabiqədən, oyunlardan və mərclərdən irəli gələn mükafat vədindən yaranan öhdəliklər haqqında” model Qanun layihələri ilə bağlı məruzə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti