...

Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib (FOTO)

Siyasət Materials 19 Aprel 2025 23:45 (UTC +04:00)
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubad rayonunun Yuxarı Əylis kənd mərkəzində seçiciləri ilə növbəti görüşünü keçirib.

Trend xəbər verir ki, görüşdə Aşağı Əylis kəndindən olan seçicilər də iştirak ediblər.

Millət vəkili daha sonra Kotam kəndində seçiciləri ilə görüşüb. Yeni Azərbaycan Partiyasının Ordubad rayon təşkilatının sədri Ehtibar İsmayılov da görüşlərdə iştirak edib.

Deputat görüşlərdə seçicilərin müraciətlərini, təkliflərini dinləyib, onları maraqlandıran sualları cavablandırıb.

Seçicilər görüşdən məmnunluqlarını ifadə ediblər.

Xəbər lenti

Xəbər lenti