Bakı. Trend:
Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti mayın 5-də Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfərə gəlib.
Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, Əbu-Dabi şəhərinin beynəlxalq hava limanında spiker Sahibə Qafarovanı Birləşmiş Ərəb Əmirliklərinin Federal Milli Şurasının sədri Saqr Qobaş, Azərbaycanın BƏƏ-dəki səfiri Elçin Bağırov, Azərbaycanın Dubaydakı baş konsulu Cavidan Hüseynov və digər rəsmi şəxslər qarşılayıblar.
Səfər çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarovanın ölkə rəsmiləri ilə bir sıra görüşləri nəzərdə tutulub.