Budapeşt. Trend:
Enerji sahəsində Azərbaycanla çox sıx əməkdaşlığımız mövcuddur.
Trend-in xüsusi müxbirinin verdiyi məlumata görə, bunu Budapeştdə jurnalistlərə açıqlamasında Macarıstanın Beynəlxalq Əlaqələr və Ticarət İnstitutunun tədqiqatçısı Zoltan Egeresi deyib.
O bildirib ki, Macarıstan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib.
"Digər tərəfdən, Macarıstan Azərbaycan üçün çox önəmli bir tərəfdaşdır.
Xüsusilə enerji sahəsində Azərbaycanla çox sıx əməkdaşlığımız mövcuddur. Son zamanlar Macarıstana Azərbaycandan qaz nəqli başlayıb.
Macarıstan üçün bu, çox önəmlidir, çünki Ukraynadakı müharibəyə görə Macarıstan tamamilə enerji baxımından həssas vəziyyətə gəlib. Buna görə bu bizim üçün çox böyük fürsətdir", - deyə o qeyd edib.