...

Suriyanın TDT üzv ölkələr tərəfindən dəstəklənməsi mühüm əhəmiyyət daşıyır - Hakan Fidan

Siyasət Materials 21 May 2025 11:41 (UTC +04:00)
Suriyanın TDT üzv ölkələr tərəfindən dəstəklənməsi mühüm əhəmiyyət daşıyır - Hakan Fidan
Emin Əliyev
Emin Əliyev
Bütün xəbərlər

Budapeşt. Trend:

Suriyada sabitliyin təmin olunması üçün qarşımızda tarixi bir fürsət var.

Trend-in xüsusi müxbiri xəbər verir ki, bunu Türkiyə Xarici işlər Naziri Hakan Fidan Budapeştdə keçən qeyri-rəsmi zirvə toplantısı çərçivəsində xarici işlər nazirləri şurasının iclasında deyib.

O bildirib ki, Suriya rəhbərliyinin regional və beynəlxalq aktorlarla əməkdaşlığa başlaması və sanksiyaların aradan qaldırılması istiqamətində ölkəmizin apardığı intensiv diplomatik səylər sayəsində konkret nəticələr əldə etmişik.

"Bu mərhələdə Suriyanın Türk Dövlətləri Təşkilatına üzv ölkələr tərəfindən dəstəklənməsi mühüm əhəmiyyət daşıyır", - deyə nazir qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti