Budapeşt. Trend:
Rusiya-Ukrayna müharibəsinin qlobal təsirləri hər kəs tərəfindən hiss olunur.
Trend-in Budapeştdə olan xüsusi müxbiri xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının (TDT) qeyri-rəsmi Zirvə görüşündə çıxışı zamanı deyib.
O qeyd edib ki, tərəflər 2022-ci ildən bu yana ilk dəfə bu yaxınlarda yenidən İstanbulda bir araya gəldilər.
"Hərtərəfli atəşkəsin və ədalətli sülhün əldə edilməsi istiqamətində hər iki ölkə ilə sıx əlaqədə olmağa davam edəcəyik. Həmçinin, 14 il davam edən müharibədən sonra Suriyanın müstəqilliyinə qovuşması istiqamətində səylərimiz davam edir. Fürsətin doğru şəkildə istifadə edilməsi sadəcə Suriyada deyil, regionda və digər ərazilərdə sabitliyin saxlanması baxımından vacibdir", - deyə o qeyd edib.