...

Ağoğlan kilsəsinin bərpası ilə bağlı təkliflər hazırlanır

Siyasət Materials 28 May 2025 09:54 (UTC +04:00)
Ağoğlan kilsəsinin bərpası ilə bağlı təkliflər hazırlanır
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Laçın. Trend:

Ağoğlan kilsəsinin bərpası ilə bağlı dövlət qurumları təkliflər hazırlayır.

Trend-in Laçına ezam olunan əməkdaşı xəbər verir ki, bu barədə Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin rəsmisi Hüseyn Quliyev məlumat verib.

“Ağoğlan kilsəsinin bərpası ilə bağlı səylər göstərilir. Buna dair dövlət qurumları təkliflər hazırlayır.

Dövlət qurumları Laçında tək bu abidələrə yox, digər abidələrə də mütəmadi nəzarəti təmin etmək üçün öz nümayəndələrini təyin etdilər. O nümayəndələr vasitəsilə bütün abidələrin cari statusu mütəmadi olaraq məlumatlar əsasında yenilənir", - o qeyd edib.

Xəbər lenti

Xəbər lenti