Laçın. Trend:
Ölkələrimiz Avrasiyanın kəsişmə nöqtəsində son dərəcə strateji bir mövqedə yerləşir.
Trend xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyev və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə Zirvə görüşündə deyib.
Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, coğrafiyamızda və ondan kənarda təhlükəsizlik təhdidləri, iqtisadi, enerji və qida böhranları və bir çox sınamaları eyni anda yaşayırıq.
"Bu çərinliklər qarşısında həmrəylik və ortaq hərəkət qabiliyyətimizin inkişaf etidirilməsini bir seçim yox, zərurət olaraq görürük. Üçlü işbirliyimizi daha da irəlilətmək üçün bu gün dəyərli qardaşlarımla önəmli mövzularda fikir mübadiləsi aparırıq. Üçlü işbirliyimizin institusionallaşdırılması üçün qarşıdakı vaxtlarda xarici işlər nazirlərimiz lazımi işləri görəcəklər. Bilavasitə ortaq gündəmimizi formalaşdıran ticarət, yatırım, nəqliyyat, enerji, müdafiə sənayesi və terrorla mübarizə kimi məsələlərdə ölkələrimizin ortaq görünüşünü yansıdan güclü bir çərçivəni hazırlayacaqlar. Türkiyə, Azərbaycan və Pakistan olaraq davamlı üçtərəfli zirvələr və nazirlər səviyyəsində toplantılar keçirmək yolu ilə iş birliyimizi institusionallaşdıracğıq. Müdafiə saəhəsindəki əməkdaşlığımızı dərinləşdirib terrorla mübarizə və sərhədi aşan təhdidlərə qarşı ortaq qərarlılığımızı davam etdirəəcəyik. Ticarətin asanlaşdırılması, yatırımların təşviqi və rəqəmsallaşma sahələrində müştərək addımlar atmağı hədəfləyirik".
Türkiyə prezidenti qeyd edib ki, əməkdaşlığımızın son dərəcə strateji hissəsini əhatə edən nəqliyyat sahəsində Orta Dəhliz, Şimal-Cənub nəqliyyat dəhlizi kimi layihələrə birlikdə töhfə verəcəyik.
"Mədəniyyət və təhsil sahələrində bilavasitə gənclərimiz və akademiklərimizin qarşılıqlı əlaqəsini artıracaq layihələr üzərində çalışacağıq. Enerji, qida təhlükəsizliyi, bərpaolunan enerji sahələrindəki fürsətləri birlikdə dəyərləndirəcəyik. Bütün bu sahələrdə prestijli layihələri həyata keçirmək yolu ilə üçtərəfli əməkdaşlığımızı daha irəliyə daşıyacağıq, xalqlarımıza yeni əsərlər qazandıracağıq", - deyə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qeyd edib.