...

İstanbulda Azərbaycan-Pakistan hərbi əməkdaşlığının yeni perspektivləri müzakirə edilib (FOTO)

Siyasət Materials 23 İyul 2025 16:35 (UTC +04:00)
İstanbulda Azərbaycan-Pakistan hərbi əməkdaşlığının yeni perspektivləri müzakirə edilib (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

“IDEF 2025” 17-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisində iştirak etmək üçün Türkiyədə səfərdə olan müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Sahir Şamşad Mirza ilə görüşüb.

Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, İstanbul şəhərində keçirilən görüşdə ölkələrimiz arasında əlaqələrin qarşılıqlı inama, əməkdaşlığa, eləcə də mədəni əsaslara söykəndiyi vurğulanıb.

Tərəflər Azərbaycan-Pakistan hərbi əməkdaşlığının cari vəziyyətini müzakirə edib, həmçinin bu münasibətlərin daha da möhkəmləndirilməsi istiqamətində həyata keçiriləcək tədbirlər barəsində ətraflı fikir mübadiləsi aparıblar.

Görüşdə, həmçinin hərbi əlaqələrimizin yeni inkişaf perspektivləri müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti