...

Ali təhsil müəssisələrinin tələbələri üçün Prezident təqaüdünün məbləği artırıldı - FƏRMAN

Siyasət Materials 24 İyul 2025 14:01 (UTC +04:00)
Ali təhsil müəssisələrinin tələbələri üçün Prezident təqaüdünün məbləği artırıldı - FƏRMAN
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikası ali təhsil müəssisələrinin tələbələri üçün Prezident təqaüdünün məbləğinin artırılması və “Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 564 nömrəli Fərmanında dəyişiklik edilib.

Trend xəbər verir ki, bununla əlaqədar Prezident İlham Əliyev yeni fərman imzalayıb.

Fərmana əsasən, Azərbaycan Respublikası ali təhsil müəssisələrinin tələbələri üçün Prezident təqaüdünün məbləği 2025-ci il sentyabrın 1-dən 350 (üç yüz əlli) manat müəyyən edilib.

Nazirlər Kabinetinə bu fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Xəbər lenti

Xəbər lenti