Bakı. Trend:
Ədliyyə Nazirliyinə yeni hüquq verilib.
Trend xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı Fərmanla “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Fərmana edilən dəyişiklikdə əksini tapıb.
Fərmana əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhv edilməsi nəzərdə tutulan narkotik vasitələrdən Ədliyyə Nazirliyinin də kinoloji xidməti tərəfindən narkotik vasitələrin axtarışı üzrə aparılan təlimlərdə istifadə oluna bilər.