...

Azərbaycan və Özbəkistan dinin siyasi proseslərin alətinə çevrilməsinə yol vermirlər - Müzəffər Kamilov

Siyasət Materials 24 Dekabr 2025 11:26 (UTC +04:00)
Azərbaycan və Özbəkistan dinin siyasi proseslərin alətinə çevrilməsinə yol vermirlər - Müzəffər Kamilov
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Özbəkistanın təcrübəsi aydın şəkildə göstərir ki, ölkələrimizi ümumi tarix, qohum dil, vahid mədəni məkan və eyni sivilizasiyaya mənsubiyyət birləşdirir.

Trend xəbər verir ki, bunu Özbəkistan Respublikasının Prezidentinin dövlət müşavirinin müavini, Beynəlxalq İslam Akademiyasının rektoru Müzəffər Kamilov Azərbaycan Din Xadimlərinin II Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, məhz buna görə xalqlarımızın dünyagörüşü, dəyərlər sistemi və cəmiyyətə münasibəti ümumi mənəvi mənbə əsasında formalaşıb:

"Türk xalqlarının tarixi boyunca dövlətçilik, hüquqi düşüncə və kollektiv məsuliyyət ənənələri ahəngdar şəkildə inkişaf edib. Bu tarixi təcrübəyə əsaslanaraq, Azərbaycan və Özbəkistan dini cəmiyyətin mənəvi dayağı kimi qəbul etməklə yanaşı, onun dövlət idarəçiliyi və siyasi proseslərin alətinə çevrilməsinə yol verilməməsi prinsipinə ardıcıl şəkildə sadiq qalırlar.

Bu isə türk dünyasında dünyəvi dövlətçiliyin, sosial sabitliyin və dinlərarası tolerantlığın təmin edilməsinin zamanın sınağından çıxmış, ümumi və səmərəli yolunun mövcudluğunu təsdiqləyir", - deyə Müzəffər Kamilov qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti