...

Azərbaycan və Qırğızıstan şəhərsalma-memarlıq sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər (FOTO/YENİLƏNİB)

Siyasət Materials 29 Dekabr 2025 22:35 (UTC +04:00)
Azərbaycan və Qırğızıstan şəhərsalma-memarlıq sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər (FOTO/YENİLƏNİB)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Qırğız Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Maksat Mamıtkanovla görüşüb.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi məlumat yayıb.

Bildirilib ki, görüşdə ölkələrimiz arasında strateji tərəfdaşlıq, eləcə də şəhərsalma və memarlıq sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib.

Anar Quliyev Qırğızıstanın Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və yenidənqurma işlərinə göstərdiyi qardaş dəstəyin yüksək qiymətləndirildiyini xüsusi olaraq vurğulayıb. O bildirib ki, cari ildə Ağdam rayonunun Xıdırlı kəndində məktəb binasının açılışı bu dəstəyin ən yaxşı nümunələrindən biridir və gələcəkdə Qırğızıstanla birgə layihələrin daha da uğurla inkişaf edəcəyinə əminliyini ifadə edib.

Sonda Komitə sədri Qırğızıstan tərəfini 2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) fəal iştirak etməyə dəvət edib/

Məqalədə:
Xəbər lenti

Xəbər lenti