Belqrad. Trend:
Fevralın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Serbiyanın paytaxtı Belqradda rəsmi qarşılanma mərasimi olub.
Trend-in xüsusi müxbirinin məlumatına görə, Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşıladı.
Azərbaycanın və Serbiyanın Dövlət himnləri səsləndirildi.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi.
Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçdilər.
Serbiya nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə, Azərbaycanın dövlət və hökumət nümayəndələri isə Prezident Aleksandar Vuçiçə təqdim edildi.
