...

AVQUST AYINDA BAKIDA AZƏRBAYCAN-GÜRCÜSTAN SƏRHƏDİNİN DELİMİTASİYASI İLƏ BAĞLI EKSPERTLƏRİN GÖRÜŞÜ KEÇİRİLƏCƏK

Siyasət Materials 18 İyul 2005 14:24 (UTC +04:00)

Avqust ayında Bakıda Azərbaycan-Gürcustan sərhədinin delimitasiyası ilə bağlı ekspertlərin görüşü keçiriləcək. Bu barədə Trend agentliyinə Dövlət torpaq və kartoqrafiya Komitəsinin mətbuat xidmətinin rəhbəri Hikmət Məmmədov məlumat verib.

Onun sözlərinə görə, hazırda Azərbaycan Gürcüstanla 20% mübahisəli torpağı razılaşdırıb. Görüşün məqsədi bu istiqamətdə müzakirələrin davam etdirilməsidir.

Azərbaycanın Gürcüstanla sərhədi 480 km təşkil edir, bura 5 sahə və 24 yarımsahə daxildir. Hazırda onların bir neçəsi Gürcüstanla razılaşdırılıb. "Gürcüstan tərəfi hesablama zamanı 1:500 min mm miqyaslı xəritədən, Azərbaycan isə daha dəqiq olan 1:100 min mm miqyaslı xəritədən istifadə edir", - deyə, o bildirib.

Xəbər lenti

Xəbər lenti