...

AZƏRBAYCANÇI QÜVVƏLƏR SEÇKİ BLOKU SEÇKİ KOMİSSİYASI ÜZVLƏRİNİN TABEÇİLİYİNƏ ETİRAZ EDİR

Siyasət Materials 20 İyul 2005 17:47 (UTC +04:00)

Azərbaycançı Qüvvələr Seçki Bloku qarşıdan gələn parlament seçkisi kampaniyası dövründə geniş kütləvi aksiyalar keçirməyə qərar verib. Bu barədə Trend ə seçki blokunun mətbuat xidmətindən məlumat verilib. İyulun 20-də Azərbaycançı Qüvvələr Seçki Blokunun toplantısı keçirilib, seçki qərargahının son günlərdə gördüyü işlər, seçkilərə hazırlıq və digər məsələlər müzakirə edilib.

Seçki blokunun yerlərdəki namizədləri ilə əlaqəli işləri intensivləşdirmək, onlara təbliğat və seçki təlimatı ilə bağlı tövsiyələr verilməsi qərara alınıb. Həmçinin ölkədə şəffaf, demokratik seçki mühitinin yaradılması üçün blokun mübarizəni daha da sürətləndirməsinə qərar verilib.

Azərbaycançı Qüvvələr Seçki Bloku bəzi dairə və məntəqə seçki komissiyalarının tərkibində komissiya sədrlərinə tabeli şəxslərin mövcud olmasına etiraz edir. İclasda qeyd olunub ki, komissiyalarda eyni bir təşkilatda tabelik qaydasında çalışan işçilərin olması yolverilməzdir və mövcud qanunvericiliyə ziddir.

Qeyd edək ki, seçki bloku parlament seçkisində iştirak edəcək namizədlərini müəyyənləşdirib. Blokun ölkə üzrə 80-dən çox namizədi seçkidə mübarizə aparacaq.

Xəbər lenti

Xəbər lenti