...

AZƏRBAYCANLI HƏRBİ HƏKİMLƏR LİTVAYA SƏFƏR EDƏCƏKLƏR

Siyasət Materials 2 Avqust 2005 11:34 (UTC +04:00)

REGNUM İA. Avqustun 2-5-də Azərbaycan Hərbi Tibbi Xidmətinin nümayəndələri Vüqar Abdullayev və Mahir Məmmədov Kaunas Hərbi Tibbi Xidmətinə baş çəkəcəklər. Bu barədə REGNUM İA-ya Litvanın Müdafiə Nazirliyinin mətbuat xidmətindən xəbər verilib. Qonaqlar Litva Hərbi Tibbi Xidmətinin komandiri Leonardas Bakayçusla görüşəcəklər.

Görüş iştirakçıları ikitərəfli əməkdaşlıq məsələlərini və hərbi tibbin inkişafı məqsədilə işçi heyətinin təlim keçmə prespektivlərini müzakirə edəcəklər. Bundan başqa V.Abdullayev və M.Məmmədov Litva Hərbi Tibbi Xidmətinin fəaliyyəti ilə tanış olacaq, hərbi tibb təlim mərkəzinə, həmçinin Kaunas tibb mərkəzinə baş çəkəcəklər.

Bu, azərbaycanlı həkimlərin Ltvaya ilk rəsmi səfəridir. Litva ümid edir ki, bu görüş ölkənin hərbi tibb sahəsində Qafqaz ölkələri ilə əməkdaşlığının əsasını qoyacaq. Hazırda Litva hərbi tibbi Xidməti Danimarka, İsveçrə, ABŞ, Almaniya, Norveç, Latviya və Estoniyanın hərbi tibb işçiləri ilə əməkdaşlıq edir.

Xəbər lenti

Xəbər lenti