...

İLHAM ƏLİYEV KOREYA VƏ HİNDİSTAN PREZİDENTLƏRİNƏ TƏBRİK MƏKTUBU GÖNDƏRİB

Siyasət Materials 13 Avqust 2005 15:06 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev Koreya Respublikasının milli bayramı münasibəti ilə bu ölkənin prezidenti Roh Mu-Hyuna təbrik ünvanlayıb.

Trend in məlumatına görə, İlham Əliyev təbrik məktubunda Koreyanın azad olunması günü ilə əlaqədar özünün və Azərbaycan xalqının adından Koreya xalqını təbrik edib, ölkələrimiz arasında dostluq münasibətlərinin və hərtərəfli əməkdaşlığın inkişafı istiqamətində atılan addımların bundan sonra da davam etdiriləcəyini bildirib. İlham Əliyev Koreya xalqına sülh və rifah arzuladığını ifadə edib.

Prezident İlham Əliyev həmçinin Hindistan Respublikasının Milli bayramı - müstəqillik günü münasibətilə bu ölkənin prezidenti Avul

Pakir Caynulabdin Əbdul Kalama da təbrik məktubu göndərib. İlham Əliyev təbrikdən sonra Azərbaycan və Hindistan arasında böyük ənənələri olan dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına xüsusi əhəmiyyət verdiyini vurğulayıb.

Prezident əmin olduğunu bildirib ki, qarşılıqlı maraq doğuran əlaqələrin daha da genişləndirilməsi üçün göstərilən səylər bundan sonra da ardıcıl şəkildə davam etdiriləcək. Azərbaycan prezidenti Hindistan xalqına sülh və rifah diləyib.

Xəbər lenti

Xəbər lenti