...

BAKIDA NÖVBƏTİ NEFT MÜQAVİLƏSİ İMZALANIB

Siyasət Materials 16 Avqust 2005 16:37 (UTC +04:00)
BAKIDA NÖVBƏTİ NEFT MÜQAVİLƏSİ İMZALANIB

Avqustun 16-da Bakı Əyləncə Mərkəzində Azərbaycan Dövlət Neft Şirkəti və Dubayın "Rafi Oil" şirkəti arasında PSA tipli və "Suraxanı" quru yatağının işlənməsi və bərpası üzrə müqavilə imzalanıb. Trend məlumatına görə, imzalanmada Dövlət Neft Şirkətinin rəhbəri Natiq Əliyev bəyana edib ki, müqavilədə Rafi Oil -un payı 70%, ARDNŞ-in payı isə 25%-dir.

"Suraxanı" yatağı 1904-cü ildə sutkada 35 ton neft verən fontan quyusu debeti ilə açılıb. Açıldığı andan bu günə kimi yataqdan ümumi həcmi 114,5 milyon ton neft və 10 milyard kubmetr qaz hasil edilib. Yatağın maksimum hasilağı 1931 -ci ildə olub, o zaman yataqdan 4,189 milyon ton neft hasil edilib.

N.Əliyevin sözlərinə görə, yataqdan hasil ediləcək neft məhsulounun digər hissəsi 6,822 milyon ton neft təşkil edir. Potensial ehtiyatlar 94% təşkil edir. Hazırda müqavilə sahəsində 492 quyu istismar olunur ki, onlardan 234-ü işləyir.

Layihəyə qoyulmuş investisiyaların həcmi 400 milyon dollar təşkil edir.

Rafi Oil müqaviləyə görə 2 il ərzində hasilatı 1,5 dəfə artırmalıdır. Müqavilə 25 illiyə imzalanıb və onun qüvvəyə minməsindən sonra Rafi Oil Azərbaycan hökumətinə 1 milyon dollar həccmində bonus ödəməlidir.

Xəbər lenti

Xəbər lenti